İnterpress.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Şəhərin Rozenqord adlı mikrorayonunda qeydə alınan partlayış inzibatı binanın fasadını zədələyib. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Yanvarın 18-də Rozenqord mikrorayonunda polis idarəsinin binası yaxınlığında partlayış baş verib. İnsident nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
İnterpress.az