İnterpress.az xəbər verir ki, bu barədə məlumatı sabiq millət vəkili Nazim Bəydəmirli sosial şəbəkə hesabında paylaşıb. Sabiq millət vəkili qeyd edib ki, 2 il əvvəl sahibi olduğu klinikada İranda təhsil almış Elmuraz adlı “həkim dermatoloq” işə götürülüb: “Mənə deyirdilər ki, sağalmayan xəstəlikləri müalicə edir. Ancaq diplomunu guya Səhiyyə Nazirliyinə attestasiya komissiyasına verdiyinə görə yubadır. Bir gün onu çağırıb diplomunu tələb etdim. Adam boynuna aldı ki, 3 aylıq təbabət kursu bitirib. Dərhal klinikadan getməsini tələb etdim. İndi baxıram ki, sosial şəbəkələrdə 10 minlərlə izləyicisi var və klinikaların birində məşhur həkim kimi təqdim olunur. Qəribəsi o idi ki, adam özü dərmanlar hazırlayır və iddia edir ki, Nobel mükafatı alacaq”.
Məlumata görə Elmuraz adlı şəxs hazırda “Premium Klinika”sında işləyir.
İnterpress.az