Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover Evoque ” markalı avtomobilin qiyməti komplektasiyasından aslı olaraq 75 – 85 min ( 136 000 AZN) dollar civarındadır.
İnterpress.az