İnterpress.az xəbər verir ki, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən həyət evində qazsızması nəticəsində partlayış baş verib.
Partlayış vaxtı mənzildə olan 1932-ci il təvəllüdlü Əlisurət Muradəli oğlu Əlizadə dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin əməkdaşları gəlib və partlayışı lokallaşdırıblar. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırmalar başlayıblar.
İnterpress.az