Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi başlayıb.
İnterpress.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
“D” liqasında mübarizə aparacaq Azərbaycan milli komandası püşkün nəticələrinə görə III qrupda yer alıb. Yığma komandamızın rəqibləri Farer Adaları, Malta və Kosovo milliləridir.
UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda mübarizə aparacaq. “A” və “B” liqalarının hər birinə 12, “C” liqasına 15, “D” liqasına isə 16 komanda daxil edilib.
***
İnterpress.az -in məlumatına görə, İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 15:00-da başlayacaq. Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edəcək.
Püşkdən öncə 55 ölkənin yığma komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq \”Dördlər finalı”nda müəyyənləşəcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, dövlətlər arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların finalda üz-üzə gəlmələri mümkündür.
Qeyd edək ki, püşkatma Azərbaycan millisinin yer aldığı D Liqasının I səbətindən başlayacaq.
A liqası
I səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya
II səbət: Fransa, İngiltərə, İsveçrə, İtaliya
III səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B liqası
I səbət: Avstriya, Uels, Rusiya, Slovakiya
II səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
III səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
C liqası
I səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
II səbət: Yunanıstan, Serbiya, Almaniya, Norveç
III səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya
IV səbət: Kipr, Estoniya, Litva
D liqası
I səbət: AZƏRBAYCAN, Makedoniya, Belarus, Gürcüstan
II səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
III səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
IV səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq
İnterpress.az