Ekipajında azərbaycanlıların da olduğu gəmi itkin düşüb – VİDEO – YENİLƏNİBbackend

Ekipajında azərbaycanlıların da olduğu gəmi itkin düşüb – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib.

Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var.

Hazırda axtarışlar davam etdirilir. ( apa )

***

İnterpress.az xəbər verir ki, axtarış zamanı iki xilasedici jilet aşkar edilib. Bundan başqa xəbər verilir ki, hadisə yerində gəmiyə məxsus məişət tullantısı və digər əşyalar da tapılıb.

Balıqçı gəmisi Cənubi Koreyadan Xolmsk limanına doğru hərəkət edirmiş. Həftənin cümə axşamı ekipaj qəza siqnalı göndərib sonra isə əlaqəyə çıxmayıb. Gəmidə 21 nəfər var. Onlar arasında Azərbaycan, Moldova, Saxalin, Primorsk, Çelyabinsk, Krasnoyarsk, Orenburq, Zaporojye, Sverdlovsk sakinləri var.

Bir teploxod, iki helikopter axtarış işləri ilə məşğul olur.

İnterpress.azhttps://youtube.com/watch?v=r4a-oHgWjwU