Şevçenko Millətlər Liqası haqda: “Yaxşı şansdı”backend

Şevçenko Millətlər Liqası haqda: “Yaxşı şansdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko deyib.

UEFA-nın rəsmi saytına danışan keçmiş futbolçu Millətlər Liqası haqda fikirlərini bildirib.

O, qrupdakı rəqibləri Çexiya və Slovakiya millilərini dəyərləndirib: “Millətlər Liqasının yaradılmasına görə şadam. Bunun digər üstünlüyü də ondan ibarətdi ki, liqalardakı komandalar arasında böyük səviyyə fərqi yoxdu. Azarkeşləri maraqlı oyunlar gözləyir. Turnirin startını səbirsizliklə gözləyirəm. Millətlər Liqasında gücümüzü yoxlamaq bizə maraqlı olacaq. Çexiya və Slovakiya yığmaları yaxşı rəqiblərdi. Qrupdakı ölkələr məsafə baxımından bir-birinə yaxın olduqlarından, azarkeşlər hər bir matça gedib, baxa biləcəklər. Həm çexiyalılar, həm də slovakiyalılar cəlbedici futbol oynayırlar”.

İnterpress.az