İnterpress.az xəbər verir ki, prezident ona rus dilində sual ünvanlayan jurnalist qıza əynindəki köynəyi çıxarmağı məsləhət görüb. Jurnalistin əynində isə şərq slavyanlarının ənənəvi könəyi olub.
Jurnalist Poroşenkoya \”niyə müharibə barədə qanun qəbul etmisiniz\”-sualını ünvanlayıb. Poroşenko cavab olaraq \”köynəyinizi soyunun, əgər sualı ukrayn dilində səsləndirsəniz, cavab verəcəm\”-deyib.
Jurnalist isə cavab olaraq prezidentin rus dilini əla səviyyədə başa düşdüyünü qeyd edib. Poroşenkonun cavabı belə olub: \”Mən ingilis və digər dilləri başa düşürəm. Amma suallara ukrayn dilində cavab verirəm\”.
İnterpress.az