“İlhamə Quliyevadan sonra tac üstündə heç kəs davaya tab gətirə bilmədi. Düşünürəm ki, bu tacı başında daşımaq üçün sənəti ağırlığında ürəyin olmalıdır. İlhamə xanımdan sonra heç kəs demədi ki, tacın sahibi mənəm. Mən bu tacı sizin başınıza qoyuram”.
Müğənni isə efirdə kövrəldiyini bildirib: “Dəymirəm, toxunmuram. Sən sevgiylə başıma tac qoydun. Bir az kövrəldim, Allaha şükür edirəm ki, mənə bu sənəti, gözəl xalqımın sevgisini verib. Bu sevgi məni sınmağa qoymur”.
Qeyd edək ki, İ.Quliyeva illərlə şou-biznesdə tac üstündə bir çox məşhurlarla davaya çıxmışdı. Hətta müsahibələrində bildirmişdi ki, tac yalnız ona məxsusdur və bunu başqa müğənnilər istifadə edə bilməz.
İnterpress.az