Sabahın havası – XƏBƏRDARLIQbackend

Sabahın havası – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Fevralın 5-i axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

İnterpress.az