Pəhrizlə adi qidalanmanın növbələşməsinə görə insan əziyyət çəkmir, onun əhvalı pozulmur, halsızlıq, yorğunluq kimi simptomlar inkişaf etmir. Digər pəhrizlərlə müqayisədə \”zolaqlı\” pəhrizi uzun müddət ərzində saxlamaq olar.
Zolaqlı pəhrizin variantı:
Məsələn, bir gün adi qaydada qidalanırsınız. Növbəti gün ərzində yalnız 1,5 kq bişmiş kartof yeyirsiniz və 1,5 l su içirsiniz. Daha sonra yenə adi qidalanma, növbəti gün 400 qr bişmiş toyuq əti və 1,5 l su və ya 1,5 kq alma və 1,5 l su.
Pəhriz günləri üçün variantlar:
1. Tərəvəz salatları
2. Sıyıqlar (yağsız, şəkərsiz)
3. 400 qr bişmiş ət. (Çiy ətin şəkisi nəzərdə tutulur.) və s.
Gün ərzində 1,5-2 l su içmək lazımdır.
Nəzərə almaq lazımdır ki, adi günlərdə də həddindən artıq yemək, kalorili qidalara üstünlük vermək tövsiyə olunmur. Şam yeməyi yüngül olamalıdır.
İnterpress.az