\”Report\”un Cənub bürosunun məlumatına görə, şəhər sakinləri – 1988-ci il təvəllüdlü Ümid Əbdülkərim oğlu Əzimzadə və 1985-ci il təvəllüdlü Sehran Tahir oğlu Baxşıyev arasında yaranan mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.
Hadisə şəxsi zəmində baş verib, araşdırmalar davam etdirilir.
***
14:35
Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub.
“Report”un cənub bürosunun məlumatına görə, dava zamanı iki nəfər bıçaqlanıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterpress.az