ABŞ-ın dəstəklədiyi PYD/YPG/PKK terror təşkilatının işğal altında saxladığı ərazilərdə yaşayan və onlarla eyni düşünməyən kürdlər, türkmənlər və ərəblərlə birlikdə xristianları da təhdidlə cərgələrində savaşdırdıqlarını bildirən Erməni rəhbəri Gülbəy “PYD/YPG/PKK terror təşkilatının işğal altında saxladığı ərazilərdə yaşayan erməni və süryanilərin də içində olduğu 14 xristian gənc Türkiyə ordusuna qarşı Afrində döyüşürlər.
Bu xristian qrupun içərisində 4 erməni 3 süryaninin ümumilikdə 14 xristian gənc 19 yanvar 2018 tarixində PYD/YPG/PKK terror təşkilatına qatılıblar. Ötən günlərdə bir erməni gəncinin Türkiyə ordusunun Afrin bölgəsində keçirdiyi bombardmanda güya Afrində yaşayan 24 yaşlı Roşer Konis adlı bir erməni mülki gəncin öldüyünü yazırlar. Bunlar mülki deyil, PYD/YPG/PKK terror təşkilatına qatılan erməni gənclərdən biridir.
Suriyanın Qamışlı bölgəsində PYD/YPG/PKK terror təşkilatının “asayiş” adı altında təşkil etdiyi “polis təşkilatı” zorla 19 yaşında Işo Hanna və Elias Hanna Hasəkəfə universitetlərinə gedərkən qaçıraraq təşkilat sıralarına qatıblar. 1915-ci ildə olan deportasiya zamanı Suriyaya gedən erməni ailələr içərilərindəki Müsəlman-Türk intiqamlarını 1992-ci ildə Azərbaycanda, Qarabağda törətdikləri qətliamlar azmış kimi bu gün də Suriyada, Afrində Türk ordusundan almaq arxasıncadılar” deyib.
Ermənistanda yaşayan yezidi kürdlərin İran və İraq üzərindən Suriyaya gedərək Qamışlıdakı PYD/YPG/PKK cərgələrinə qatıldığına toxunan Gülbəy “Ermənistan həmişə terror təşkilatlarına verdiyi dəstəyini yenə dünya ictimaiyyətinin gözü qarşısında edir. İŞİD terror təşkilatının Suriyada keçirdiyi işğal dövrü bölgədə yaşayan erməni və yezidi kürdlərini Ermənistan dövləti tərəfindən təyyarə ilə gətirib işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirmişdi. Qarabağda yuva quran və 12 ədəd təlim düşərgəsi ilə 1750 militanı olan PKK/PEJAK terror təşkilatı İran və İraq üzərindən Suriyanın Qamışlı regionuna keçməyə başlamışdır. Qamışlıda toplanan terror təşkilatı militanları mülki vətəndaş paltarı ilə silahsız olaraq Mənbiçə, oradan da bir qismi Afrin bölgəsinə keçərək ABŞ-ın təmin etdiyi silahları götürərək Türkiyə ordusuna qarşı vuruşacaqlar. ABŞ və başqaları bilməlidirlər ki, bu gün göz yumduğu bu terror təşkilatları gün gələcək, özlərini təhdid edəcək vəziyyətə gələcəkdir” deyib. (minval.info)
İnterpress.az