“Kapital Bank”da yanğın baş verib – FOTObackend

“Kapital Bank”da yanğın baş verib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ölkə.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 M/R, İbrahimpaşa Dadaşov küçəsi 3158/3156-cı məhəlləsində yerləşən Şuşa filialındakı bankomat yanıb.

Bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov saytımıza verdiyi məlumata görə, hadisə fevralın 4-dən 5-nə keçən gecə saat 03:00 radələrində baş verib. Yanğına qısaqapanma səbəb olub və dərhal söndürülüb.

\”Bankomatın çöldə olması və təhlükəsizlik qaydalarını nəzərə alaraq aparatın həftə ərzində dəyişməsi mümkün olmayıb. Yaxın zamanlarda sözügedən filiala yeni bankomat quraşdırılacaq və vətəndaşlar maaş və pensiyalarını Şuşa filialı bankomatından ala biləcəklər. Hazırda filialın daxilində şəxsiyyət vəsiqəsi və kartla yaxınlaşan müştərilər nəğd pul əldə edə bilər. Bu əməliyyat çox vaxt tələb etdiyindən müştərilərin yaxınlıqdakı bankomatlara yaxınlaşması xahiş olunur\”-deyə P.Sədrəddinov bildirib.

Qeyd edək ki, yanğın zamanı banka maddi zərər dəyməyib və bankomatda nəğd pullar yanmayıb.

"Kapital Bank"da yanğın baş verib - FOTO

"Kapital Bank"da yanğın baş verib - FOTO

İnterpress.az