Apasport.az saytı xəbər verir ki, buna Qazaxıstan – İspaniya matçından sonra aydınlıq gəlib.
Görüş gözlənildiyindən də gərgin və maraqlı keçib. Təsadüfi deyil ki, oyunun əsas vaxtı 4:4 hesabı ilə nəticələnib. Belədə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin komandalar hərəyə daha 1 qol vurduğundan, yekunda 5:5 hesabı qeydə alınıb.
Nəticədə penaltilər seriyasına ehtiyac duyulub. Burada isə ispanlar daha dəqiq (3:1) oynayaraq, adlarını finala yazdırıblar.
Beləliklə, AVRO-2018-in finalı Pireney derbisi ilə yadda qalacaq. Portuqaliya və İspaniya arasındakı həlledici görüş fevralın 10-da keçiriləcək. Elə həmin tarixdə Rusiya və Qazaxıstan yığmaları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.
İnterpress.az