İnterpress.az Report-a istinadən xəbər verir ki, unlar Azərbaycan vətəndaşlarıdırlar.
\”Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır\”, – deyə həmsöhbət əlavə edib.
Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.
Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.
İnterpress.az