İnterpress.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 7 mülki vətəndaş və 4 nəfər “Azad Suriya Ordusu”nun üzvü həlak olub.
“Azad Suriya Ordusu”nun üzvləri Əhməd Şahavi məhəlləsindəki 4 mərtəbəli binada axtarış aparan zaman əvvəlcədən quraşdırılan bomba işə düşüb. 11 nəfər həlak olub. Ətrafdakı bir çox bina və avtomobilə ziyan dəyib.
İnterpress.az