İnterpress.az xəbər verir ki, bu barədə qərar komitənin bu gün keçirilən iclasında yekdilliklə qəbul olunub.
Qərara əsasən Baş prokurorluğun Nadejda Savçenkonun cinayət məsuliyyətinə cəlb olunması, saxlanılması və həbsi ilə bağlı 3 təqdimatı qanunidir və əsaslıdır.
Qeyd edək ki, martın 8-də “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. N. Savçenkonun adı da məhz bu iş üzrə keçir.
Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb. (apa)
İnterpress.az