APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılavar kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayev həmkəndlisi tərəfindən güllələnib. A. Ağayev 3 güllə yarası alıb. Güllələrdən biri onun qolundan, ikisi isə qarın nahiyəsindən dəyib.
Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.
İnterpress.az