İnterpress.az xəbər verir ki, millimiz Belarusla qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş Qurban Qurbanovun millimizin baş məşqçisi qismində ilk ev sınağı olub. Bu matçda millimiz 0:1 hesabı ilə uuzub.
Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşmışdı. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb.
Qeyd edək ki, yığmamız növbəti yoxlama görüşünü martın 27-i Antalyada Makedoniyaya qarşı keçirəcək.
Yoldaşlıq oyunu
23 mart
20:00. Azərbaycan – Belarus – 0:1
Qol: Maksim Medvedev, 42 – avtoqol
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu