Kemerovo ticarət mərkəzində yanğın: Ölənlərin sayı beşə çatıbbackend

Kemerovo ticarət mərkəzində yanğın: Ölənlərin sayı beşə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha 30 nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

İnterfax agentliyinə əsasən binadan ən azı 250 adam təxliyə edilib.

Binada olduğu güman edilən 17 nəfərlə əlaqə qurmaq mümkün olmayıb, bölgə üzrə Fövqəladə Hallar Xidmətinin rəis müavini Yevgeni Dedyuxin İnterfax agentliyinə bildirib.

Yanğın yeri ətrafında avtomobil hərəkatı dayandırılıb.

Yanğının səbəbləri barədə məlumat verilmir.

Kemerovo prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. (bbc)

İnterpress.az