Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 53 nəfərə çatıb.
İnterpress.az-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
09:07
Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 48 nəfərə çatıb.
İnterpress.az-ın xəbərinə görə, bu barədə Rusiya FHN məlumat yayıb.
Yanğın nəticəsində həlak olan 19 nəfərin meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.
Hadisə zamanı 48 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
00:21
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
İnterpress.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.
25.03.2017 23:49
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.
İnterpress.az-ın xəbərinə görə, yanğın nəticəsində daha beş nəfərin meyiti tapılıb.
Bununla da, ölənlərin sayı 12-yə çatıb.
Xəsarət alanların sayı isə 43 nəfər qədər artıb.
19:53
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.
İnterpress.az-ın xəbərinə görə, yanğın nəticəsində beş nəfər ölüb.
Onlardan üçü qadın, biri uşaq, biri isə kişidir.
İnterpress.az