Mingəçevirdə güclü yanğın baş verib – Xəsarət alanlar varbackend

Mingəçevirdə güclü yanğın baş verib – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-dən İnterpress.az-a verilən məlumata görə, Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 m2 olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İnterpress.az APA-ya istinadən xəbər verir ki, \”Texniki Rezin\” ASC-nin şəhərin Heydər Əliyev prospektində yerləşən beşmərtəbli yataqxana binasının 3-cü mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evdə olan 3 qadının – 1981-ci il təvəllüdlü Seyidova Tünzalə Haqverdi qızı, 1965-ci il təvəllüdlü Məmmədova Nüşabə Zeynəddin qızı, 1967-ci il təvəllüdlü Qasımova Məsimə Abuzər qızının tüstüdən halı pisləşib.

Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxsnasına çatdırılıb.

İnterpress.az