Partiyadan İnterpress.az-a verilən məlumata görə, mitinqdə 1500-dən gənc iştirak edib, Bakının bir sıra rayonlarının gəncləri də aksiyaya qatılıb.
“Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə \”İLHAMLA İRƏLİ\” səslənərək, 11 Aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində Ümumxalq namizədi olan, möhtərəm prezident cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.
Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi canlı , açıq havada \”İLHAMLA İRƏLİ\” flaşmobunu hazırlayıblar”, – deyə məlumatda bildirilir.
İnterpress.az