İnterpress.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
İnterpress.az