Mingəçevirdə yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olubbackend

Mingəçevirdə yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az report.az-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanların sayı 7-ə çatıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə hadisə yerində Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsindən – Yaşar Həsənova məxsus mənzildən başlayıb. Mənzilin eyvanından başlayan yanğın tədricən qonşu mənzilə keçib. Yanğın zamanı Y.Həsənovun evində qonağ olan qohumu, 1993-cü il təvəllüdlü Qara Rafiq oğlu Məmmədovun sonradan halı pisləşib və tüstüdən zəhərləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az