Ərdoğanla Putin arasında telefon danışığı olubbackend

Ərdoğanla Putin arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telefon danışığının əsas mövzusu Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın və Türkiyə-Rusiya-İran arasında keçiriləcək zirvə toplantısı olub.

Ərdoğan Kemerovodakı yanğında həlak olan insanlar üçün Putinə başsağlığı verib. O, ikitərəfli münasibətlərin inkişafı üçün tərəflərin səy göstərməli olduğunu qeyd edib.

Bundan başqa, prezidentlər Suriya məsələsi ilə bağlı aprelin 4-də İranın da iştirakı ilə keçiriləcək üçtərəfli zirvə toplantısını müzakirə ediblər. ( olke.az )

İnterpress.az