Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, martın 28-də saat 1 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində şəhər sakini Mahir Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zaur Nağıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
İnterpress.az