“Lotu Quli”ni təhqir edən azərbaycanlı “qanuni oğru” və arvadı güllələndibackend

“Lotu Quli”ni təhqir edən azərbaycanlı “qanuni oğru” və arvadı güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Silahlı hücuma məruz qalan Rahim Novruzovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir.

Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

R.Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.

Məlumata görə, Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb

Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.(Report)

İnterpress.az