İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Alar kəndində baş verib.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Əliyev Fariq Xanəhməd oğlu kənd ərazisindən keçən \”Əzizbəyov\” suvarma kanalında boğularaq dünyasını dəyişib.
Kənd sakinlərinin İnterpress.az-a verdiyi məlumata görə, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Hadisə baş verməmişdən öncə onun ürəyinin dayandığı ehtimal olunur.
İnterpress.az