Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində, saat 23:00-dan səhər saatlarına qədər isə əks istiqamət üzrə üfiqi nişan lanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Bu barədə Interpress.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Interpress.az