DİM işçi axtarırbackend

DİM işçi axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib.

DİM-dən İnterpress.az-a verilən məlumata görə, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyalarına test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili, test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, ekspertizasının təşkili, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi, qiymətləndirilməsinin təşkili daxildir.

Mütəxəssislər aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

– Azərbaycan dili;

– rus dili;

– riyaziyyat;

– fizika;

– tarix;

– kimya;

– biologiya;

– coğrafiya;

– informatika;

– xarici dil (ingilis, rus, alman, fransız).

Azərbaycan dilini mükəmməl bilməlidir;

Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

Microsoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidir;

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir.

Maraqlanan şəxslər CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il iyun ayının 30-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər.

İnterpress.az