Bir müddət əvvəl Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni oğlana ərə verməsi ilə bağlı yayılan məlumatlar mətbuatın gündəmini zəbt edib.
Bundan başqa Leyla adlı digər azərbaycanlı qızın erməni oğlanla ailə qurmasını əks etdirən fotoların sosial şəbəkədə yayılması ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Bu günə qədər ermənilərlə evlilik həyatı yaşayan bir neçə analoji hadisələr barədə mətbuatda məlumatlar dərc olunub. Cəmiyyətdə bu cür evliliyin əleyhinə olanlarla yanaşı, bir o qədər də onların evliliyini təqdirəlayiq hesab edənlər də az deyil.
Bəziləri hesab edir ki, sevgi azaddır və sevgi sərhəd tanımır. Amma bəzilər isə düşünür ki, sevgi milli dəyərləri və milli kimlik həddini aşmayacaq qədər azaddır.
Ağadadaş Kərimovun erməni ilə quda olmasının timsalında ölkə ictimaiyyətinin əksəriyyəti Azərbaycan xalqının tarixi düşmənləri ilə sevgi və ailə həyatı yaşamasını pisləyib. Eyni zamanda, buna millət vəkilləri də sərt reaksiya verib.
Amma görünən odur ki, bəziləri hansısa səbəbdən düşmən tərəfin nümayəndələri evlənməyə çox can atır.
İnterpress.az elə buna görə də, son günlər bu məsələnin aktuallığını nəzərə alaraq ermənilərlə ailə quran azərbaycanlılarının xoşbəxtliyini əks etdirən fotolarını təqdim edirik:
İnterpress.az