Azərbaycanda iki yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılırbackend

Azərbaycanda iki yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən İnterpress.az-a verilən xəbərə görə, bundan başqa Sabunçu rayonu, Sabunçu yol qovşağından hava limanı istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Buna görə sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnterpress.az