Sabir Rüstəmxanlı: “Azərbaycanda minlərlə ailə var ki, evində bir dənə də olsun kitab yoxdur”backend

Sabir Rüstəmxanlı: “Azərbaycanda minlərlə ailə var ki, evində bir dənə də olsun kitab yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan edib. Müsabiqənin şərtlərinə görə, ən zəngin kitabxanaya malik ailə Dövlət Komitəsi tərəfindən mükafatlandırılacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən elan edilən müsabiqə cəmiyyətimizdə kitaba, mütaliəyə olan marağın artırılması baxımından nə dərəcədə önəmlidir?

Moderator.az-a açqlama verən xalq şairi Sabir Rüstəmxanlı bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

“Bu, olduqca dəyərli bir işdir. Bu işin qiyməti elə onun üstündədir. Hesab edirəm ki, bu cür müsabiqələr tez-tez olmalı, kitablar, kitabxanalar təbliğ edilməlidir. Hər bir ailənin balaca da olsa kitabxanası olmalıdır.

Azərbaycanda minlərlə ailə var ki, evində uşaqlara gərəkli olan dərslikdən başqa bir dənə də olsun əlavə kitab yoxdur. 10-20 ildə bir dəfə də olsun kitab dükanına girib bir kitab almayıb. Bu cür layihələr milli təfəkkürün, milli mədəniyyətin inkişafı baxımından olduqca vacibdir”.

İnterpress.az