Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcəkbackend

Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

“EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.

İnterpress.az