Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı qiymətlər ARTIRILIRbackend

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı qiymətlər ARTIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

İnterpress.az xəbər verir ki, qanuna dəyişiklikdə sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumunun artacağı da əks olunur.

Belə ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu 39 faiz artırılır.

Bununla da, nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rəsmi rüsum 25 manata başa gələcək. Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırki qanunvericiliyə görə, həmin məbləğ 18 manatdır.

İnterpress.az