İnterpress.az report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib.
O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib.
Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
İnterpress.az