Mərhum prezident Heydər Əliyevin təhsil alması üçün sənədlərini Kənd Təsərrüfatı İnstitutuna göndərdiyi mexanizator xanımın fotoları maraqla qarşılanıb.
İnterpress.az xəbər verir ki, bu sahə ilə daha çox kişilər məşğul olsa da, Bərdə rayon sakini Radə Məmmədova heç də özünü kişilərdən gücsüz saymır. R.Məmmədova Bərdə rayonunda hamı tərəfindən mexanizator peşəsi ilə məşğul olan ilk qadın kimi tanınır.
Kənd Təsərrüfatı Nazirliyinin haqqında məlumat paylaşdığı R.Məmmədovanın olduqca maraqlı həyat yolu var.
Belə ki, mexanizator xanım 21 mexanizator qardaşın (həmin vaxt rayonda cəmi 21 mexanizator olduğu üçün “21 qardaş” ifadəsindən istifadə olunur – red) “tək bacısı” sayılır.
R.Məmmədova deyib ki, onu bu peşəyə mərhum prezident H.Əliyev həvəsləndirib. O bildirib ki, H.Əliyevin sayəsində mexanizatorluq etməyə başlayıb:
“Mənim mexanizator ixtisası üzrə ali təhsil almağımda və həyat yolumun seçimində ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu var. Onunla görüşdə mənə \”Gənc qızsan, amma əllərin kişi əlləri kimi qabarlıdır. Səni oxumağa göndərirəm” – dedi. Həmin gün sənədlərim toplandı və Kənd Təsərrüfatı İnstitutuna göndərildi”.
İnterpress.az