Azərbaycanda Ramazan tətili başlayırbackend

Azərbaycanda Ramazan tətili başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.

Bu il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğu, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun – bazar ertəsi, 19 iyun – çərşənbə axşamı da qeyri-iş günü olacaq.

Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.

İnterpress.az