Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadıldıbackend

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Dövlət İmtahan Mərkəzindən İnterpress.az-a məlumat verilib.

Bildirilib ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb. Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

İnterpress.az