\”Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub\”.
İnterpress.az xəbər verir ki,bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: \”Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz\”.
İnterpress.az