\”Azərbaycanda universitetlərin sayı artırılmalıdır, buna ciddi ehtiyac var\”.
İnterpress.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan əhalisinin 1,3 faizi tələbələrdir: \”Bu göstərici dünya üzrə göstəricidən aşağıdır. Tələbə qəbulu ilə əlaqədar planlaşdırma bir az dəyişsə faydalı ola bilər. Universitetlərin sayı artırılmalıdır, amma, bu, o demək deyil ki, kəmiyyət artması keyfiyyətə təsir etsin\”.
\”Düşünürəm ki, özəlləşmə prosesi artırılmalıdır. Universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsarətli addımlar atılmalıdır\”, – deyə Əli Əhmədov təhsildə özəlləşdirmə prosesinin artırılmasının faydalı olduğunu vurğulayıb.
İnterpress.az