İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində yerləşən \”Azərbaycan\” İES-də baş vermiş qəzanın fəsadları hələ də tam aradan qaldırılmayıb.
\”Sədərək\” və \”Binə\” Ticarət Mərkəzlərində elektrik enerjsinin verilişi bərpa olunmayıb. Buna görə də, satıcılar mağazaları bağlayıblar.
Bu barədə İnterpress.az-a ticarət mərkəzindəki satıcılar məlumat verib. Bildirilib ki, satıcılar səhər saatlarından ticarət mərkəzlərinə getsələr də, hələ də elektrik enerjsinin verilişi bərpa olunmayıb.
Satıcıların sözlərinə görə, səhər onlara işıqların tez bir zamanda yandırılacağını desələr də, sonradan gün ərzində bazarlara elektrik enerjsinin verilməyəcəyi barədə xəbərdarlıq edilib.
\”Bizə səhər dedilər ki, 1-2 saata işıqlar yanacaq. Səhərdən gözləyirik ki, yanmır. Bir dənə də olsun alver etməmişik. Bazara gələn alıcılar da görür qaranlıqdır, çıxıb gedirlər. Bayaq gəldilər ki, bəs, bu gün işıqlar yanmayacaq. Boş yerə burda vaxtınızı sərf etməyin\” – deyə, \”Sədərək\” və \”Binə\” TM-nin satıcıları deyib.
Satıcılar buna görə də, öz narazılıqlarını bildiriblər.
Qeyd edək ki, İyulun 2-dən 3-ə keçən gecə Mingəçevir şəhərində yerləşən \”Azərbaycan\” İES-də qəza baş verib. İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində elektrik enerjinin ötürülməsi prosesi dayanıb və nəticədə Azərbaycan işıqsız qalıb. Sonradan bu problemlər aradan qaldırılaraq ölkə ərazisində elektrik enerjsinin verilişi tədricən bərpa olunub.
Səid Qərib
İnterpress.az