Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi göstərişinə məhəl qoymadan sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalandırılacaq.
Bunu İnterpress.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalandırılacaqlar: \”Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək\”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, paytax ərazisində fəaliyyət göstərən bəzi marşrut xətti üzrə hərəkət edən avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb ediblər.
İnterpress.az