Ötən axşam Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnib.
İnterpress.az xəbər verir ki, rəsmi qurumların yaydığı məlumata görə, icra başçısını güllələyən şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur.
Sosial şəbəkələrdə Y. Səfərovun pasportunun surəti paylaşılıb. Məlum olub ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Moskva şəhərində yaşayırmış.
Onun Azərbaycana gəlişinin səbəbinin də icra başçısına qarşı həyata keçirmək istədiyi sui-qəsd planının olduğu deyilir.
İnterpress.az Elmar Vəliyevə sui-qəsd edən şəxsin fotosunu təqdim edir:
