Ermənilər tərəfindən öldürülən 2 yaşlı Zəhranın ölümündən bir il ötür.
İnterpress.az xatırladır ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 2 yaşlı Zəhranın ölümündən bir il keçir.
Belə ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Elə həmin ili azyaşlının ölümü ilə nəticələnən baş vermiş hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Qeyd edək ki, Zəhranın ölümü dünya mediasında dərc olunub və azyaşlının ölümünə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi tənqid edilib.
İnterpress.az