İnterpress.az xəbər verir ki, bu barədə məlumatı \”Azərbaycan Uşaqları\” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb. Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib:
\” Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq”.
Qeyd edək ki, 2017-ci ilin iyulun 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.
İnterpress.az