İyulun 6-da hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq, bu hadisəni terror aktı elan etdi.
Amma bəziləri Gəncə şəhər icra başçısının həyatına sui-qəsd etmiş Yunis Səfərovu qəhrəman kimi təqdim edir. Onlardan biri də vaxtilə \”Talış-Muğan Respublikası\” adı altında Azərbaycana qəsd etmiş, daha sonra isə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, dəfələrə İrəvana getmiş, Azərbaycana qarşı düşmən fəaliyyətdə bulunan vətən xaini Ələkrəm Hümmətovdur.
İnterpress.az Musavat.com-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə Ələkrəm Hümbətovun Yunis Səfərovu dəstəkləyən statusu yayılıb: \”Əziz həmvətənlərim! Bu gün, 7 iyul 2018-ci il tarixində, Talış Milli Hərəkatının qəragahında biz – Ələkrəm Hümmətov, Balaş Əliyev və İlham Babazadə bir araya gələrək, El qəhrəmanı – Yünis Səfərovun haqq və hüqüqlarının müdafiə komitəsinin Niderland krallığında yaradılmasına qərar verdik. Komitəyə üzvlük azad və açıqdır. Bizimlə hər cür əlaqəyə azad imkan var. Allah haqq və ədaləti qorusun, vətənimizdə bərpasında bizə yardımçı olsun, İnşallah!\”
İnterpress.az