Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İnterpress.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Analoji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən \”Şamaxinka\” dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
İnterpress.az